Azeri Retail 

Баку

Я хочу тут работать
×

Azeri Retail 

“Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-cu ilin iyun ayında Avstriyanın EMSA Capital İnvestisiya Fondunun təşəbbüsü ilə yaradılıb. “Azeri Retail” MMC daxili bazarda “Fresco” brendi ilə təmsil olunur. Yarandığımız ilk gündən daim müştəri məmnunluğuna nail olmaq üçün yüksək xidmət göstərmək bizim əsas prioritet istiqamətlərimizdən ( şüarlarımızdan) biri olmuşdur. Bu yolda çeşidli və keyfiyyətli məhsul növləri ilə zəngin olan mağazalarımızda təhlükəsizliyə, rahat ( komfortlu, əlverişli) mühitin təmin edilməsinə çalışılır. Həmçinin, mütəmadi olaraq keçirdiyimiz endirim və hədiyyəli kampaniyalarımız ilə müştərilərimizə daha yaxın oluruq. Alıcılardan əlavə tədarükçülərlə aramızda olan dostluq münasibətləri bizim aparıcı missiyalarımızdan biridir. Birlikdə addım ataraq fərqlilik yaratmaq şüarı altında ümumi dəyərlərə malik olan “Azeri Retail” ailəsi daim bir – birinə bağlı şəkildə hərəkət edir. Bu nöqteyi nəzərdən komanda işi, yardımlaşma, işçilərarası inam, həmçinin onlar ilə müştərilər arasında hörmət, dürüstlük, xidmət göstərmək, cəmiyyətdə fərqlilik yaratmaq bu ailənin əsas dəyərlərindəndir. Bizim dayanıqlı inkişaf strategiyalarımızdan ən əsası Respublikamızın bir çox rayonlarında, eyniylə də Xarici bazarlarda yeni supermarketlərimizi açaraq müştərilərilərimizə xidmət göstərməkdir.