ООО GST

ООО GST

HAQQIMIZDA

GST MMC Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan bir şirkətdir. Şirkət 2009-cu ildə fəaliyyətə başlamışdır. Şirkətin yaranmasında əsas məqsəd istehsalatda və gündəlik həyatda hər gün yeniləşən texnologiyanın öyrənərək Azərbaycan bazarına inteqrasiya olunmasında vasitəçilik etməkdir. Bir çox inkişaf etmiş dünya ölkələrində işlərin daha keyfiyyətli və sürətli görülməsi üçün yeni texnologiyalar və köməkçi materiallar tətbiq olunur.Bunlardan avadanlıqlar, alətlər, nano texnologiyasına əsaslanan kimyəvi məhsullar artıq gündəlik həyatda əvəzedilməz vasitələrə çevrilmişdir .

Şirkət olaraq müştərilərimizə tələbatlarını ödəmək üçün daim onların istəklərini öyrənirik və ona uyğun təkliflərimizi veririk. Bizim əsas məqsədimiz sürətli və keyfiyyətli xidmətimizlə müştəri məmnuniyyətini təmin etməkdir. Bunun üçün təcrübəli mütəxəssislərimiz mövcuddur. Biz avropanın məşhur brendləri ilə əməkdaşlıq edirik. Qısa müddət ərzində Wekem, CTP Gmbh, Rhodius, KS Tools, BTI, Rema Tip-Top və s. Şirkətlərlə əlaqələr qurulmuş və Azərbaycan üzrə nümayəndəliklər alınmışdır.

Hal  hazirda şirkətin anbarında 100-lerle çeşitdə mal var. Bununla yanaşı sifariş əsasında 15-20 gün ərzində istənilən məhsulu gətirə bilirik.

Компания не разместила информацию об открытых вакансиях.